Azərbaycan Daxili İşlər Nazirliyinin operativ qrupu Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ən yaxın adamlarından biri olan və Moskvada həbs edilən Emin Sadiqin ekstradisiyası üçün Rusiya paytaxtına uçub.
Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.
Xatırladaq ki, Cahangir Hacıyev biznesmen Hafiz Məmmədovun "Bahar Energy” neft şirkətini ələ keçirəndən sonra onu faktiki olaraq talaması üçün öz dostu Emin Sadiqə verdi.
Emin Sadiq ondan əvvəl BP şirkətində işləyirdi, sonradan xidməti saxtakarlıqda ittiham edilərək işdən çıxarılmışdı. Ancaq Azərbaycanın və Böyük Britaniyanın vətəndaşı olan Emin Sadiq tezliklə özü neft şirkətinə başçılıq etməyə başladı. Və elə təyinatının ilk aylarındaca o şirkətdəki bütün mütəxəssisləri çıxardı və onların yerlinə öz dostlarını və tanışlarlarını götürdü, hansılara ki, böyük maaşlar ödəyirdi. Məsələn, Emin Sadiqin şəxsi katibəsi Ukraynadan olan məşhur model Ninel Kolomiytseva idi.
Emin Sadiq həmçinin Bakıdakı Lacoste mağazalar şəbəkəsinin sahibi kimi məşhurdur, hansı ki, Britaniya vətəndaşlığı almasından dərhal sonra açıb.