Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Telefonu yatarkən cərəyana qoşdu - ev alışdı - BAKIDA - VİDEO

Uzun müddət cərəyanda saxlanılan telefon partlayıb və evdə yanğın baş verib. 

Hadisə bir neçə gün öncə Bakının Xətai rayonunda baş verib. 

''Xəzər Xəbər''in whatsapp nömrəsinə bu şəkilləri göndərən Ayin Məmmədov bildirib ki, telefonu yatarkən cərayana qoşublar. Gecə saatlarında partlayış səsinə oyanan ailə, xalçanın alışdıqını görüb. Vaxtında müdaxilə nəticəsində alovun qarşısını almaq mümkün olub. 

Ustalar isə telefonlarda partlama və alışmanın bir neçə səbəbdən başa verə biləcəyini deyirlər. 

Ustaların fikrincə, uzun müddət cərayanda saxlanılan telefonun əvvəl batareyası şişir sonra isə partlayış və yanğına səbəb olur. Yeni model telefonların arxa qapaqını açmaq mümkün olmadıqından onun batareyasının şişib-şişmədiyini də görmək mümkün olmur. Əgər telefonun enerjisi qısa zamanda boşalırsa bu da onun sıradan çıxamasının göstəricisidir. 

Soruğularımız isə ona göstərir ki, əksər istifadəçi məhz gecələr telefonu enerji ilə doldurur. 

Uzun müddət cərayanda qalan telefon təkcə yanğın deyil, eyni zamanda partlayış nəticəsində yaxınlıqda olan şəxslərin xəsrət almasınada səbəb ola bilər. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...