Yanvarın 31-də Quba rayonunun Alpan kəndində 13 yaşlı qızı Səfurə Süleymanovanı qətlə yetirən Süleymanov Əşrəf Əlməmməd oğlu bu gün həbsxanada ölüb.
Mynews.az xəbər verir ki, bu barədə "Report"a Quba Rayon İcra Hakimiyyətinin Alpan inzibati ərazi dairəsinin nümayəndəsi Tofiq Qubadov məlumat verib.
O bildirib ki, Əşrəf Süleymanov qətl ilə bağlı Quba Rayon Prokurorluğuna, oradan isə məhkəməyədək Şüvəlan təcridxanasına aparılmışdı.
"Bu gün eşitdik ki, o, orda ölüb, xəbəri ailəsi də bilir. Əşrəfin Bakıdakı qardaşı onu Qubaya gətirmək istəyir", - deyə T.Qubadov əlavə edib.
Onun sözlərinə görə, ölüm xəbərini mərhumun Bakı şəhərində yaşayan qardaşı Cəlilulla Süleymanov kənddə qalan anasına telefon danışığı zamanı verib.
Ruhi xəstə olduğu bildirilən Əşrəf Süleymanov qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub