Uşaq bağçasına silahlı hücum edən şəxsin bağça direktorunun keçmiş kürəkəni olduğu ehtimal edilir.
Ermənistan KİV-inin yazdığına görə, həmin kişi uzun müddətdir keçmiş həyat yoldaşı ilə görüşməyə cəhd edirmiş.
Buna nail ola bilməyən kürəkən bağçaya hücum edərək keçmiş həyat yoldaşı və uşağı ilə görüş tələb edib.
Son məlumatlara görə, girovda qalan uşağa heç bir xəsarət yetirilməyib.
***
Ermənistanda silahlı şəxs uşaq bağçasına hücum edib.
Publika.az xəbər verir ki, bu gün saat 16:20-də bıçaqla silahlanmış naməlum şəxs zorla Armavir şəhərində yerləşən “Manuşak” uşaq bağçasına girib.
Silahlı şəxs bağça işçilərinə hücum edib və uşaqlar da daxil olmaqla binada olan hər kəsi girov götürüb. Daha sonra o, bir uşağı girov saxlamaqla digərlərini buraxıb.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub