İsmayıllıda ikimərtəbəli ev külə döndü - VİDEO
İsmayıllı rayonunda fərdi yaşayış evində yanğın baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kənd sakini, 1981-ci il təvəllüdlü Eminov Natiq Şakir oğluna məxsus yaşayış evində baş verib.
Günorta saatlarında iki azyaşlı uşağını qonşu kəndə məktəbə aparan ev sahibi yanğından gec xəbər tutub. Hadisə barədə FHN-in İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib.
Ümumi sahəsi 97 kv. metr olan ikimərtəbəli 3 otaqlı ev yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə tamamilə yararsız hala düşüb.
Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yerli sakinlərin sözlərinə görə, kəndin yolları bərbad vəziyyətdə olduğu üçün yanğınsöndürən maşınlar hadisə yerinə vaxtında çata bilməyib və ev tamamilə yanıb. Ağır tonnajlı yanğınsöndürən avtomobilləri yolsuzluq səbəbindən palçığa bataraq qalıblar.
Digər texnikaların köməyi ilə palçıqdan çıxarılan yanğınsöndürən maşınlar hadisə yerinə çataraq yanğını söndürüblər. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Loading...
Hadisə
- Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin tarifi yenilənib
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı
- Ülvi və Fatimə qəzaya düşdü
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB)
- 10-cu sinif şagirdi vəfat etdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin tarifi yenilənib 1259 dəfə oxunub
- Avtobus və metroda sərnişin daşımanın qiyməti dəyişdi 928 dəfə oxunub
- Sabahdan Aİ 95 ucuzlaşır 907 dəfə oxunub
- Ərdoğan Azərbaycana gəlir 599 dəfə oxunub
- Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA 598 dəfə oxunub
loading...