Xaçmaz rayonunda qətl baş verib.
Publika.az xəbər verir ki, 1964-cü il təvəllüdlü rayon sakini Bəxtiyar Çobanov yaşadığı evdə 1968-ci il təvəllüdlü tanışı Hikmət Babayevi bıçaqlayaraq öldürüb.
Hikmət oktyabrın 29-da Bəxtiyarın Xudat şəhərində yerləşən evinə qonaq gəlib. Evdə içki məclisi qurulub. Sərxoş olandan sonra tanışların sözü çəpləşib. Hikmət Bəxtiyarın ünvanına nalayiq ifadələr işlədib. Əsəbiləşən Bəxtiyar bıçağa əl atıb.
Hadisəni törədən Bəxtiyar Çobanov həbs edilib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub