Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva barəsində həbs-qətimkan tədbiri seçilib.
Mynews.az Report-a istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi G.Atakişiyevanın barəsində üç aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
G.Atakişiyeva və onunla birgə saxlanılan taksi sürücüsü (adı hələ məlum deyil) Bakı İstintaq Təcridxanasına köçürülüb.
Taksi sürücüsünün "Opel" markalı avtomobili Penitensiar Xidmətdə saxlanılır.
Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Bundan başqa, ötən gün barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilmiş müğənni Fədayə Laçının (Fədayə Məmmədova) da avtomobili Penitensiar Xidmətində saxlanılır. Onun bu gün Bakı İstintaq Təcridxanasına köçürülməsi gözlənilir.
Məlumata görə, Fədayə Laçın "Qoca" ləqəbli Etibar Məmmədova maliyyə dəstəyi verib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub