Türkiyənin Adıyaman vilayətində əkinçiliklə ailə saxlayan 4 uşaq atası Kənan O. ,əslində, 5 uşağının olduğunu öyrənib.
Mynews.az Sabah-a istinadən xəbər verir ki, həqiqət isə qısa zamanda ortaya çıxıb. Belə ki, ərinə xəyanət edən Elif O. adlı qadın məşuqundan olan uşağı da ərinin üzərinə yazdırıb.
Adıyamanda yaşayan Kenan 2003-cü ildə Eliflə evləndikdən 1 il sona İstanbula köçüb. Bu evlilikdən 4 uşaqları olan cütlük arasında sonralar mübahisələr yaşanmağa başlanıb. Kenanın iddiasına görə, arvadı onu Ekrem G. adlı biriylə aldadır. Kenan iş üçün, ya da başqa bir səbəblə evdən çıxan kimi arvadı Ekrem G-ni evə çağırır. Qadın xəyanətə şahid olan uşaqlarını susmaları üçün döyüb, silahla təhdid edib. Baş verənlərə dözməyən Kenan arvadının ailəsini çağıraraq boşanmaq istədiyini söyləyib. Kenan 2015-ci ilin 20 aprel tarixində həyat yoldaşı ilə yaşadığı evi tərk edərək Adıyamana qayıdıb. Daha sonra arvadı ilə boşanmaq üçün məhkəməyə müraciət edib.
Boşanma davası davam edərkən arvadının sevgilisi Ekrem G. zəng edərək Hasan adlı uşaqlarının ondan olduğunu və həmin uşağı ona verməsini istəyib. Ekremin təhdidləri sonrası Kenan məhkəməyə müraciət edərək oğlu Hasan ilə bağlı DNT testinin götürülməsini tələb edib. DNT testinin nəticəsində uşağın Kenandan olduğu məlum olub.
Kenan maddi durumu ilə əlaqədar özüylə apardığı 4 uşağının təhsil xərclərini qarşılamaqda kömək etmələri üçün Sosial Yardım Nazirliyinə müraciət edib. Nazirlikdən Kenanın adında 4 deyil, 5 uşağının olduğu haqda məlumat verilib. Buna təəccüblənən Kenan bir yanlışlıq ola biləcəyini söyləsə də, səlahiyyətlilər məlumatın həqiqəti əks etdirdiyini təsdiqləyiblər.
Aparılan araşdırmalardan sonra İstanbulda yaşayan Elif haqqında 3 ilə qədər həbs istəyi ilə iddia qaldırılıb. Beşinci uşaq ilə bağlı həqiqət Elifin ifadəsiylə ortaya çıxıb: "Rəsmi nikahlı ərim Kenandan 2 ildir ayrı yaşayıram. Bu evlilikdən 4 uşağımız var. Ərimdən ayrıldıqdan sonra qardaşımın evinə getdim. Orada bir gecə qaldım. Ərim gəlib, uşaqları məndən aldı. Ailəm məni qəbul etmədi. Mən də məcburən Ekrem ilə birlikdə yaşamağa başladım. Ekremdən 1 oğlan uşağı doğdum. Bu uşağı da rəsmi nikahlı ərimin üzərinə yazdırdım".
Məhkəmə Elifi təqsirkar hesab edərək ilk prosesdəcə 1 il həbsi ilə bağlı qərar verib. Daha sonra cəza 10 aya endirilib.