Ağdaşda baş verən mübahisə kütləvi dava ilə nəticələnib.
Mynews.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Ağzıbir kəndinin sakinləri arasında qeydə alınıb.
Kənd sakini Surxay Əsgərov tərəfindən Tuqay meşəsi ərazisində yerləşən örüş sahələrinin çəpərlənməsi üstündə başlanan mübahisə sonradan qadınların da iştirakı ilə kütləvi davaya çevrilib. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarəti daha ciddi olan Məzburə İlyas qızı Məhərrəmovaya yaxınlıqdakı tibb məntəqəsində ilkin yardım göstərilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Ağdaş rayon Polis şöbəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub