Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda Gülnarə Saypullayeva ifadə verib.
Bildirib ki, anası ona zəng edərək bacısının xəstə olduğunu deyib və onlara gəlməsini xahiş edib: “Mənə dedi ki, uşağı gətirmə. Mən stolun üstünə süd qoymuşdum. Özüm isə bayırda idim. Gəldim ki, uşaq onu içib. Mən onu öldürmək istəmirdim, bir uşağım var idi. Mən özümü zəhərləmək istəyirdim, uşağı yox. Zəhəri hazırlayıb qoydum stolun üstünə, bayıra çıxdım. Mən gələndə artıq onu içmişdi”.
Prosesdə sənədlər tədqiq edilib, ekspertiza rəyi açıqlanıb. Rəydə bildirilib ki, uşaq zəhərlənmədən ölüb, G. Saypullayeva isə bunu anlaqlı vəziyyətdə edib.
Prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Prokuror çıxış etmək üçün vaxt istəyib.
İclas noyabrın 8-də davam edəcək.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub