Avstraliyanın Melbrun şəhərində yükək sürətlə hərəkət edən avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində üç nəfər ölüb, ən azı 20 nəfər yaralanıb. Mynews.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Yaralananlar arasında dörd nəfər uşaq da var.
Məlumatda bildirilir ki, avtomobil dörd yol ayrıcında piyadaların sıx olduğu ərazidə trotuara sürülüb. Hadisə yerli vaxtla 14:00 radələrində baş verib ki, həmin vaxt mövcud ərazidə daha çox insan olur. Şahidlərin sözlərinə görə, hadisədən sonra insanlar ətrafda fəaliyyət göstərən mağazalara və kafelərə qaçaraq, orada gizlənməyə çalışıblar. Digər xəbərlərə görə isə həmin vaxt silah səsləri də eşidilib. Şahidlər deyirlər ki, bu qəsddir, çünki sürücü idarə etdiyi avtomobili saxlamağa belə səy göstərməyib.
Sürücü həbs olunub və insidentin motivləri araşdırılır. Bundan əlavə, polis yerli əhalini və turistləri hadisə baş verən yerdə çox dayanmamalarını və alternativ yollardan istifadə etməyi xahiş edib.
Telekanallarda ön qapısı açılmışqırmızı rəngli, qabaq şüşəsi qırılmış və çox əzilmiş maşın göstərilir. Ərazi silahlı polis kardonu ilə mühasirəyə alınıb.
Yelri polisin rəsmisi jurnalistlərlə söhbətində deyib ki, insident çox yəqin ki, qəsdən törədilib, lakin bu terror hadisəsi deyil. O, baş verəcək növbəti təhlükənin olmamadığını da bildirib.
Hadisəni izləyən xarici media Melbrundakı insidenti Belrin və Yerusəlimdəki oxşar hadisələrlə bənzədib. Məhz həmin şəhərlərdə də avtomobillər insanların üzərinə sürülmüşdü. Media xüsusilə diqqəti bu şəhərdə keçirilən “Böyük dəbilqə” tennis yarışmasına yönəldərək, orada çoxsaylı turistlərin olduğunu yazırlar.
Polis indisentin beynəlxalq tennis turnitinə heç bir təsir etmədiyini qeyd edib.
Hdisənin baş vermə anının videosunu bu linkdən izləyə bilərsiniz:
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub