“Erməni qızları hamısı mənimlə oynamaq istəyirdi”.
Bu yaxınlarda Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bir tədbir çərçivəsində Ermənistanda səfərdə olub.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tədbir iştirakçılarına İrəvan restoranlarının birində verilən ziyafətdə R.Hacılı ermənilərlə Azərbaycan milli rəqslərindən birini oynayıb. Onun bu rəqsinin video görüntüləri Youtube kanalına da yerləşdirilib.
R.Hacılı lent.az-a müsahibəsində də bu haqda danışmışdı:
“Çıxışım xətirlərinə dəymişdi. Axşam getdik bahalı bir restorana. İçki təklif elədilər, içməsəm yenə xətirlərinə dəyəcəkdi. Avropalılar da baxır... Təbii ki, o yaşda, o başda deyilik ki, o qədər içək ki, problem olsun. O arada da musiqilər gedir. Dedim ki, bu Azərbaycan musiqisidir. Onlar dedi yox, erməni musiqisidir. Dedim ki, gəlin oynayaq, mən yaxşı oynasam Azərbaycan musiqisidir, siz yaxşı oynasaz, erməni musiqisi və mən onların hamısından yaxşı oynadım. Çünki erməni qızları hamısı mənimlə oynamaq istəyirdi”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub