Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Şağan qəsəbəsi ərazisində Elşən Cəbrayılov idarə etdiyi "VAZ 21011" markalı avtomobillə 1997-ci il təvəllüdlü Ceyhun Qəribovu vurub. Ağır xəsarət alan 20 yaşlı oğlan hadisə yerində ölüb. Hadisəni törədən E.Cəbrayılov avtomobili hadisə yerindən qaçıb.
Oxşar hadisə Nizami rayonunda da baş verib. "Neftçilər" dairəsi yaxınlığında Kamran Mikayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə 45-50 yaşlı kişini vurub. Sürücü ağır xəsarət alan piyadanı özü xəstəxanaya çatdırıb. Lakin həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Bundan başqa, Nərimanov rayonunda da şəxsiyyəti məlum olmayan piyada yol qəzasının qurbanı olub. 1993-cü il təvəllüdlü Pərvin Qocayev"BYD" markalı avtomobillə orta yaşlı qadını vurub. Piyada hadisə yerində vəfat edib.
Hər üç faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub