USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakı metrosunda cinayət: Pulla dolu çantanı oğurlayan şəxs kameraya düşdü

17:10 22.02.2017
Bakı metrosunda cinayət: Pulla dolu çantanı oğurlayan şəxs kameraya düşdü
17:10 22.02.2017
Yanvarın 17-də Bakı şəhər sakini Şölə Yusifovanın metronun “Gənclik” stansiyasından “Koroğlu” stansiyasına gedən zaman içərisində pul və plastik bank kartları olan əl çantası oğurlanıb.
 
ARB TV xəbər verir ki, dərhal Metropolitenin polis şöbəsinə məlumat verən zərərçəkənin şikayəti əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb.
 
Metro stansiyalara quraşdırılmış mühafizə kameralarının təsvirlərinə baxış keçirilərkən, həmin saatlarda ərazidə sıxlıq olması əməliyyatçıların işini bir qədər çətinləşdirib. Buna baxmayaraq, qatara qadının arxasınca minən sərnişinin növbəti stansiyada düşərək oranı tələsik tərk etməsi polis əməkdaşlarında şübhə yaradıb.
 
Nəhayət, əməliyyatın sonunda şübhələr özünü doğruldub və məlum olub ki, əməli törədən əvvəllər də məhkum olunmuş 29 yaşlı Yadigar Rüstəmovdur. Hadisə baş verən andan bir ay sonra, yəni fevralın 18-i sözügedən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti