Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları quldurluq faktının üstünü açıblar.
Mynews.az "ARB TV"-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 30-u gecə saatlarında Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi 30 ünvanında, Gülnaz Abdullayevaya məxsus mənzildə qeydə alınıb.
İki nəfər naməlum şəxs evə pəncərədən daxil olaraq, yaşlı qadının əl-ayağını yapışqanlı lentlə bağlayıblar. Daha sonra quldurlar Gülnaz Abdullayevanın sifətinə yumruqla vuraraq, köynəyinin cibindəki 3880 manat pulu götürərək oradan uzaqlaşıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Elvir Məmmədov və Heydər Vəliyev saxlanılıblar. Məlum olub ki, sözügedən şəxslər zərərçəkənin həm qonşularıdır, həm də qadının evində usta işləyiblər.
Elvir Məmmədov – Saxlanılan şəxs: “Yaşlı qadın idi. Tək yaşayırdı. Evini də təmir etdirirdi. Asiflə getdik evə. Asif pəncərədən keçib qapını açdı. Fikirləşdim ki, qonşudur, tanımasın deyə maska taxdım”.
Saxlanılan hər iki şəxs barəsində Binəqədi rayon polis idarəsində Cinayət Məcəlləsinin quldurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub