Səhiyyə Nazirliyi Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri zamanı yaralanan şəxslə bağlı açıqlama verib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Anar Əsgərov sol qolundan güllə yarası aldığından qolu sınıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən A.Əsgərovun müalicəsi üçün hazırda bütün zəruri tədbirlər görülür.
Şahmar Bəyilizadənin sağlamlıq vəziyyəti normal olduğundan o, hüquq-mühafizə orqanlarına təhvil verilib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş E.Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən E.Məmmədov və İlqar Əzimov yaralanıblar və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər.
Digər yaralı A.Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Ş.Bəyəlizadə saxlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub