Bərdədə mənzildən pul və qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Belə ki, Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Qaradağlı kənd sakini Fərhad Həsənov evindən 3500 manat, 1400 dollar və 100 manat dəyəri olan qızıl sırğanın oğurlandığı barədə məlumat verib. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini zərərçəkənin oğlu Mədət Həsənovun törətdiyi məlum olub. Mədət Həsənov istintaqa ifadəsində törətdiyi oğurluq əməlini etiraf edib. Amma o evdən 1700 Amerika Birləşmiş ştatları dolları və 100 manat dəyəri olan qızıl sırğanı oğurladığını deyib. Araşdırma zamanı Fərhad Həsənovun evdən 3500 manat oğurlandığı barədə məlumatı isə yalan çıxıb. Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub