Oğuz rayonunda çaqqal insanlara hücum edib.
Mynews.az "ARB TV"-yə istinadən xəbər verir ki, hadisə zamanı vəhşi heyvan 3 nəfəri yaralayıb.
Yaşadıqları həyətyanı sahəyə soxulan heyvan həyətdə söhbət edən qadınlardan biri - 33 yaşlı Aynur İbrahimovanı qol və ayağından dişləyib.
Həyətdəkilərin qışqırıq səsini eşidənlər köməyə gəliblər. Bu zaman çaqqal onların üstünə hücum çəkib.
Xəsarət alan şəxslər Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilk tibbi yardım göstərilib, quduzluq əleyhinə iynə vurulub.
Sakinlər son vaxtlar kənddə çaqqal və canavar hücumlarının sayını artdığını bildiriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub