Bu gün axşam saatlarında Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun 1-ci kilometriliyində baş verib. "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Nəticədə maşında olan 2 nəfər, sürücü Gəncə sakini 25 yaşlı Kənan Ələkbərov və sərnişini - 23 yaşlı Nicat Nağıyev dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasediciləri cəlb edilərək avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Qəzaya ilkin səbəb kimi yüksək sürət göstərilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub