Çeçenistanın paytaxtı Qroznı şəhərində Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanları "Kor Hüseyn" ləqəbli "qanuni oğru" Hüseyn Əhmədovu həbs ediblər.
Mynews.az qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 51 yaşlı "vorzakon"un üzərində külli miqdarda narkotik vasitələr - "metadon" və kokain aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, "Kor Hüseyn" Çeçenistanın kriminal aləmində ən məşhur və ən yaşlı (təcrübəsinə görə) "qanuni oğru"lardan biri hesab olunur. 80-ci illərdə bu "işə" başlayan Əhmədov 6 dəfə həbs olunub.
"Kor Hüseyn" Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. O, Türkiyədə Rövşən öldürüldüyü günə qədər onun yanında olub. Lənkəranskinin qətlindən sonra İstanbulu tərk edərək Çeçenistana qayıdıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub