Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARB TV xəbər verir ki, 21 yaşlı Abbasov Tural İntizam oğlu aralarında baş verən dava zamanı qonşusu Osmanov Bəybala Murad oğlu tərəfindən bıçaqlanıb.
Qarın nahiyəsindən 3 bıçaq zərbəsiylə ağır xəsarət alan Tural Abbasov Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Nazlı Abbasova – Yaralının anası: “Uşağım evdə yeməyini yeyib küçəyə getdi. Bu da ara məhlə uşağıdı. Üstündən 10 dəqiqə keçməmiş balaca uşaqlar gəlib dedi ki, “Şoşu” sənin uşağını bıçaqlayıb. Xəstəxanaya gəlib gördüm ki, uşağım 4-5 yerdən bıçaqlanıb”.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub