“Ölkə.Az” xəbər verir ki, 22 yaşlı Maru Baqdarasyan yenə də Moskvada sükan arxasında görünüb. Tanınmış avtoş qız yenə qayda pozduğuna görə polis tərəfindən saxlanılıb. Komsomolski küçəsində avtoşluq edən Maru Baqdarasyan yol polisi tərəfindən saxlanılıb.
“Bu dəfə də Maru Baqdarasyan sükan arxasında saxlanıldı. Onun barəsində protokol tərtib olundu”, - deyə Moskva şəhər yol polisindən bildirilib.
Polisdən bildiriblər ki, dünənə gecə saat 2 radələrində avtoş qız yol polisi tərəfindən təqdib olunub. Uzun müddət təqib edildikdən sonra onu saxlayıblar. Yol polisi sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən Maru Baqdarasyan haqqında protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Qeyd edək ki, 22 yaşlı Maru Baqdarasyan yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 150 dəfə cərimə olunub. Bundan başqa, onun barəsində 15 gün azadlıqdan məhrum etmə cəzası kəsilib. Lakin M.Baqdarasyan həkimdən yalandan xəstəlik kağızı alıb və bu cəzadan canını qurtarıb. Sonradan bu işin üstü açılıb. Onun barəsində 1 il olis nəzarəti altında olmaqla şərti cəza kəsilib. Bu ilin mart ayında onun sürücülük vəsiqəsi əlindən alınıb və ona avtomobil idarə etmək qəti qadağan edilib. Bu qərar baş vermiş yol qəzalarının birində Maru Baqdarasyanın huşunun getməsi səbəbindən qəbul edilib. Müəyyən olunub ki, qız epilepsiya xəstəsidir. Lakin avtoş qız buna əhəmiyyət vermir. Hətta onun barəsində karikatura da hazırlanıb.

Xatırladaq ki, ötən il Maru Baqdarasyan “Lukoyl” şirkətinin vitse-prezidentinin Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan ilə birlikdə Moskva küçələrində avtoxuliqanlıq edən üçüncü şəxs də saxlanılıb. Qaqarin məhkəməsinin hökmü ilə o, 10 sutka həbs cəzasına məhklum edilib. 22 yaşlı qız polis əməkdaşlarına tabe olmamaqda ittiham olunub.
1
Emin Əmrullayev Gürcüstanda görüşlər keçirib
377 dəfə oxunub
2
DYP sürücülərə müraciət etdi
372 dəfə oxunub
3
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
338 dəfə oxunub
4
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
331 dəfə oxunub
5
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
321 dəfə oxunub