Avtomobilin hərəkətdə olan təkərlərinə yerləşdirilmiş pirotexniki vasitələr aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Mynews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Gürcüstan vətəndaşının idarə etdiyi “Mersedes Benz 300D” markalı minik avtomobilinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin təkərlərindəki şinlərin içərisindən gömrük nəzarətindən gizlədilən 3840 ədəd “SFA-100 M50” markalı pirotexniki vasitələr aşkar edilib.
Qeyd edək ki, fakt üzrə aşkar edilən pirotexniki vasitə yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan verə biləcək potensiala malikdir. Bununla belə, partlayıcı xassəyə malik bu predmeti avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək, onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək onlarla insanın da həyatını təhlükə altında qoymaqdır.
Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub