Jurnalist Ekspert Mərkəzinin (JEM) İdarə Heyətinin sədri, jurnalist Nicat Dağlar avtomobil qəzasına düşüb.
Mynews.az-ın məlumatına görə, bu barədə BakuPost.az-a jurnalist özü məlumat verib. Bildirib ki, hadisə dünən gecə 00:00 radələrdində Ağdaşdan Yevlax istiqamətində gedən zaman Ləki ərazisində baş verib. Belə ki, eyni istiqamətdə hərəkət edən yük maşını 3-cü zolaqdan 1-ci zolağa keçmək istəyib. Lakin N. Dağların olduğu avtomobil "Kamaz” markalı yük maşınının təkərinə çırpılıb. Nəticədə maşının sol hissəsi tamamilə dağılıb. Ön oturacaqlar arxaya doğru gedib. Bu səbəbdən arxada oturan jurnalistin ayaqları zədələnib.
Avtomobil yararsız hala düşüb. Lakin xoşbəxtlikdən jurnalistlə birdə digər 2 nəfər də qəzadan yüngül xəsarətlə qurtulub.
Hadisə yerinə DYP əməkdaşları gəlib.Faktla bağlı araşdırma aparılır.
N. Dağlar hazırda səhhətinin yaxşı olduğunu açıqlayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub