Səkkiz dildə yazıb, oxuyub və danışan azərbaycanlı akademik vəfat edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik Eyyub Bəşirov 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.Bəşirov heyvanların törəyib-çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb və elmi nəticələr əldə edib. Məhz elmdə "Bəşirov metodu" onun adına verilib.
1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi İtaliyanın Trento şəhərində keçirilən V Beynəlxalq Elmi Konqresdə Eyyub Bəşirov elmi məruzə edib. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutub və qızıl medala layiq görülüb. Roma Papası VI Pavel şəxsən özü alimi böyük uğur münasibətilə təbrik edib və öz portretini ona hədiyyə verib.
Qeyd edək ki, mərhumun böyük oğlu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, digər oğlu Xanlar Bəşirov isə Azərbaycanın əməkdar artisti, tanınmış rəqqasdır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub