Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri Ağsu rayon İcra Hakimiyyəti başçısının qardaşı oğludur.
Mynews.az APA-ya istinadən xəbər verir ki, iki "Vaz" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar "VAZ 21015"in sürücüsü Cavid Novruzov, sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu, "VAZ 2107"nin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Seyidəliyev Faqil Mirfazil oğludur. Onlar Şamaxı və Ağsu rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.
Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub