Bakıda polis əməkdaşları qəzaya düşüb.
Mynews.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 07:30 radələrində paytaxtın Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh yolunda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb.
Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.
11:27
Bu gün saat 7:00 radələrində Bakıda dəhşətli yol qəzası baş verib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP *23 dövlət qeydiyyat nişanlı, "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.
Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.
1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
343 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
336 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
324 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
311 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
307 dəfə oxunub