Ukraynanın Zaporojye vilayətinin hüquq-mühafizə orqanları ölkə ərazisində bir sıra cinayətlər törətməkdə şübhəli bilinən 3 silahlı Azərbaycan vətəndaşını saxlayıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, 1961, 1995 və 1993-cü il doğumlu Azərbaycan vətəndaşları qanunsuz yolla nəqliyyat vasitəsini mənimsəməkdə, qanunsuz yolla silahdan istifadədə və fırıldaqçılıqda şübhəli bilinir.
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Dneprdə Türkiyə vətəndaşından oğurlanmış "Mercedes" markalı avtomobili saxlayıb və bu zaman avtomobildə 3 nəfər və silahlar olub.
Saxlanılan şəxslərin yaşadığı mənzillərə və avtomobilə baxış zamanı hüquq-mühafizə orqanları əməkdaşları "F-1", "RQD-5" qumbarası, 2 ədəd qumbara fitili, 9 mm-lik EKOL tapançası və patronlar aşkarlayıblar.
Hazırda cinayətkar qruplaşmanın üzvlərinin Ukrayna ərazisində digər üstü açılmamış cinayətlərdə əlinin olub-olmadığı üzrə araşdırmalar aparılır.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub