Kiyev polisinin məlumatına görə, Azərbaycan vətəndaşı qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb. Hadisə 20 gün əvvəl baş versə də, azərbaycanlını dünən yaxalamaq mümkün olub.
Mynews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, 26 yaşlı kişi 31 yaşlı Ukrayna vətəndaşını bıçaqla ürəyindən vuraraq öldürüb. Hadisə Kiyevdəki hostellərdən birində baş verib. Polisin ilkin versiyasına görə, onların hər ikisi sərxoş olub. Məişət zəminində münaqişə başlayıb və ardınca bıçaq zərbəsi gəlib. Hadisədən sonra qatil gizlənib və nəhayət, dünən polis tərəfindən saxlanılıb.
Bildirilir ki, 26 yaşlı oğlan əvvəllər öz ölkəsində də qarət maddəsi ilə həbsdə olub. Qatilin adı açıqlanmasa da, ölkəsinin Azərbaycan olduğu bildirilib.
Saxlanılmış şəxs ilkin ifadəsində bildirib ki, ukraynalı mütəmadi olaraq onu təhqir edirmiş, xəbərdarlıq etməsinə baxmayaraq, nəticə çıxarmayıb və nəhayət, onu öldürməyə məcbur olub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub