Ağstafada kafelərin birində dava olub.
Mynews.az ARB TV xəbər verir ki, rayonun Pirli kənd sakini, 25 yaşlı Teyyub Qurbanzadə ilə Eynallı kənd sakini, 30 yaşlı Rövşən Abdullayev arasında mübahisə düşüb.
Nəticədə onlar əlbəyaxa olublar və hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Rayonun Həsənsu kəndində də döyülmə hadisəsi olub. Kənd sakini, 38 yaşlı Tükazban Əliyeva mübahisə zəminində bacısı tərəfindən döyülərək ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
-----------
10:55
Ağstafada qadın döyülərək ağır xəsarət alıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, rayonun Həsənsu kənd sakini, 1979-cu il təvəllüdlü Əliyeva Tükəzban Firudin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadın bacısı tərəfindən döyüldüyünü deyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub