Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffərin xəstəxanaya yerləşdirilməsi haqqında Milli.Az-a məlumat daxil olub.
Xəbərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün aktrisanın özü ilə əlaqə saxladıq. Əməkdar artist telefon zəngimizə cavab verməsə də aktrisanın yaxınları yayılan məlumatı təsdiqləyib:
" Kəmalə xanım "Vicdan haqqı" serialından getdiyinə görə uzun zamandır ki, izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırdı. Bütün bu təhqirlər və ittihamlar aylardır Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən bu səhər Kəmalə xanımın səhhəti ağırlaşdı və səhər saatlarında onu xəstəxanaya çatdırdıq.
Bəzi instagram səhifələri isə Kəmalə xanımın pula görə serialdan getməsini əsas gətirərək onu ittiham da edirdilər. Bilirik, tamaşaçıları Kəmalə xanımın serialdan getməsini istəmirdi, sadəcə olaraq belə alındı. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmalarını xahiş edirik" deyə aktrisanın yaxını bildirib.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub