Göyçay rayonunda toy mərasimində qohumlar arasında dava olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 12-də gecə saatlarında rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq sarayında qeydə alınıb.
Cəyirli kənd sakini, 1977-ci il təvəllüdlü Vəlibəyov Bəhruz Bəylər oğlu qardaşı oğlunun kiçik toy mərasimi zamanı əmisinin nəvəsi və qonşusu olan 1994-cü il təvəllüdlü Babayev Dəyanət Ədalət oğlu ilə şəxsi münasibətlər zəminində dava edib. Bəhruz Vəlibəyov üzərindəki bıçaqla Dəyanət Babayevə xəsarət yetirib. O, təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub