Şirvan Apellyasiya Məhkəməsində Yardımlıda qadını boğaraq öldürən şəxsin apellyasiya şikayətinə baxılıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Yardımlı rayonu Telavar kənd sakini Təhməzov Niyazi Baxas oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, bu ilin aprelində Yardımlı rayonunun Telavar kəndi ərazisində 37 yaşlı Təhməzov Niyazi Baxas oğlu tanışı 23 yaşlı Babayeva Natəvan Azəddin qızını onunla mübahisə zamanı boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədib.
Öldürülən qadının N.Təhməzovla münasibətinin olduğu üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və aprelin 13-də meyiti gizlətdiyi yeri göstərib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Təhməzov 18 il müddətinə azadlıqdan məhrum edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub