Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Maştağa qəsəbə sakini, 1964-cü il təvəllüdlü Ağayev Sabir Ağaqulu oğlu şüşə ilə boğazını kəsərək intihar edib.
Bildirilir ki, Sabir Ağayev uzun müddət bronxial-asma xəstəliyindən əziyyət çəkib. 3 uşaq atası olan Sabir bu səbəbdən əmək qabiliyyətini də itiribmiş. Dünən gecə saatlarında otağında spirtli içki qəbul edən 53 yaşlı kişi daha sonra həmin içkinin şüşəsini sındıraraq boğazına soxub. O, çoxlu qan itirmə səbəbindən hadisə yerində ölüb.
Hadisə vaxtı ailə üzvləri evdə olsa da, onlar bu barədə S.Ağayevin ölümündən sonra xəbər tutublar.
Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub