Lənkəran şəhər sakini avtomobil oğurlamaqda təqsirli bilinərək saxlanılıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, ötən ay Şirvan şəhərində oğurlanan avtomobil Lənkəran şəhər sakini, 18 yaşlı Vüqar Rafiq oğlun Əizadənin yaşadığı ünvanda aşkarlanıb.
Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının lənkəranlı həmkarları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı nəqliyyat vasitəsinin yeri müəyyən edildiyi Vaqif Məmmədov küçəsi, 25 saylı evin həyətinə baxış keçirilib.
Baxış zamanı həyətdə olan 42-BA-265 dövlət qeydiyyat nişanlı avtomobilin ötən ayın 31-də Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi, 77 saylı binanın qarşısından oğurlanan, Əliyev Xəyyam Afət oğluna aid olduğu müəyyən edilib. Həmçinin nəqliyyat vasitəsinin 35-BL-048 dövlət qeydiyyat nişanı, açarı və arxa oturacağının dəyişildiyi də məlum olub.
Nəqliyyat vasitəsinin oğurlanmasında təqsirli bilinən V.Əlizadə istintaqa verdiyi ilkin izahatında avtomobili oğurlamadığını, Şirvan şəhərində "Məxi" kimi tanıdığı tanışından 350 manata aldığını söyləyib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub