Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayaraq öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun məhkəməsi başlayıb.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Dövlət ittihamçısı cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyib. Proses noyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, 2017-ci il aprelin 30-da “Qız Qalası”nın yaxınlığında qadın meyiti tapılıb. Məlum olub ki, vəfat edən Yelena Sandrandinova ətrafdakı binalardan birində yaşayan Rusiya vətəndaşı Samir Zenyukov və Dmitriy Razummıy tərəfindən zorlanaraq öldürülüb. Öz evlərində qadınla birgə yeyib-içəndən sonra Zenyukov Yelena ilə cinsi münasibətdə olmaq istəyiblər. Yelena etiraz edərək dəhlizə çıxıb. Samir onun arxasıyca çıxaraq qadını döyüb. Sonra dostu Dmitriy ilə birgə onu soyundurub divana uzadıblar. Özündən gedən Yelenanı Samir zorlayaraq yatıb. Gecə saat 4:00 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi münasibətdə olmaq istəyərkən onun öldüyünü bilib. Dmitriy ilə birlikdə qadının paltarlarını əyninə geyindirərək Yelenanın cansız bədəninin evdən çölə çıxararaq həyətin küncünə qoyublar.
Onlar adam öldürmə və zorlama maddəsinin bir neçə bəndi ilə ittiham ediliblər. Adıçəkilən hər 3 şəxs “bomj” həyatı yaşayıb.
1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
352 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
345 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
333 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
317 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
317 dəfə oxunub