Nardaran qəsəbə sakini narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, 42-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında noyabrın 14-də Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində Mərdan Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçiriblər. Bu zaman oradakı yardımçı otaqdan xüsusi kultivasiya olunmuş, ümumi çəkisi 18 kiloqrama yaxın olan 85 ədəd çətənə kolları, 285 ədəd çətənə toxumu və 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub