Bakının Binəqədi rayonu ərazisində DYP əməkdaşı ilə yük avtomobilinin sürücüsü arasında qarşıdurma yaşanıb.
Hadisə şahidlərindən birinin AZXEBER.COM-a göndərdiyi görüntülərdə sürücü DYP əməkdaşı tərəfindən saxlanılıb. Sürücünün sənədlərini alan DYP işçisi onu özü ilə götürmək istəyib. Bu zaman hər iki şəxs arasında qarşıdurma yaşanıb. Yük maşınına doğru hərəkət edən sürücü əlinə bıçaq alaraq damarlarını doğrayacağını söyləyib. DYP əməkdaşı isə ona sənədlərini geri qaytaracağını, əlindəki bıçağı yerə qoymasını tələb edib. Sonda tərəflər arasında əlbəyaxa dava başlayıb. Hadisə zamanı yol bağlı olduğundan avtomobillərin hərəkəti də məhdudlaşıb.
Görüntülərdə çoxlu sayda söyüşlərin olduğundan videonu bu formada oxucularımıza təqdim edirik:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub