Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları - Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən Polad Əliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının bir şöbəsində baş mühasib işləyir.
S.Qasımova Tibb Universitetinin klinikasında kardioloq işlədiyini deyib.
Hazırlıq iclası noyabrın 20-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: "Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib".
1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
352 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
345 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
333 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
317 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
317 dəfə oxunub