Mingəçevir şəhərində zəlzələ zamanı 20 nəfər xəstəxanaya yerləşdirilib, yeniyetmə qızın qorxudan ayaqları tutulub.
Mynews.az Report-a istinadən xəbər verir ki, baş verən zəlzələdən sonra Mingəçevir Şəhər Təcili Tibbi Yardım Stansiyası gücləndirlimiş iş rejiminə keçib. Proses zəlzələ baş verən andan səhərə qədər davam edib.
Belə ki, zəlzələdən sonra Təcili Tibbi Yardım maşınları ilə 20-dən çox yerli sakin xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilənlər həyəcan və qorxudan şok keçirənlər olub.
Zəlzələ zamanı şəhərin 20 Yanvar küçəsi, 35 ünvanında yaşayan, 1940-cı il təvəllüdlü Zeynəb Məmmədova həyəcandan infarkt keçirib. Bir nəfər zəlzələ zamanı hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən özünü atıb və ağır bədən xəsarətləri alıb. Zəlzələ zamanı şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yaşayan 15 yaşlı qızın ayaqları tutulub.
Xəstəxanaya çatdırılanlara ilkin tibbi yardım göstərilib.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1090 dəfə oxunub
2
Nazirlik aktyora 657 min manat ödəyəcək
1083 dəfə oxunub
3
Prezident tarixi sənədi imzaladı – VIDEO
1060 dəfə oxunub
4
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
1041 dəfə oxunub
5
Qələbə qazanan “Qarabağ”ın qazancı açıqlandı
1037 dəfə oxunub