Xəbər verdiyimiz kimi, noyabrın 2-də həbsdən buraxıldıqdan sonra İstanbula köçən məşhur kriminal avtoritet "Lotu Quli”ni öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür” alışveriş mərkəzində saxlanılıb.
İddialara görə, killer dəstəsinə öldürülmüş "qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və "Max” ləqəbli Sabri Şirin başçılıq edib.
Mynews.az xəbər verir ki, hadisə ilə bağlı İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq işini başa çatdırıb və bu gün səhər "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev, qanuni oğru Hacı Beyləqanski və digər 11 nəfər məhkəməyə aparılıb.
(oxu.az)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub