Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb.
Mynews.az bildirir ki, yaxınlarının Report-a verdiyi xəbərə görə, əslən Azərbaycanın Salyan rayonundan olan Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb.
Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb.
A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O, doğulduğu qəsəbədə dəfn olunub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub