Bakı şəhəri sakini, 1981-ci il təvəllüdlü, Əfəndiyev Rəşid Fərhad oğlu həyat yoldaşı və iki övladı ilə Şahdağa istirahətə gedərkən Qusar rayonu Çiləgir kəndi ərazisində yolun sürüşkən olması səbəbindən avtomobili ilə qəza törədib.
"Report" xəbər verir ki, hadisə yerinə çağırılan təcili tibbi yardım vasitəsilə Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilən R.Əfəndiyevə "kəllə əsasının sınığı" diaqnozu qoyulub. O, tibbi sığortalı olduğundan müalicəsini davam etdirmək üçün öz istəyi ilə özəl klinikalardan birinə göndərilib.
Məlumata görə, hadisə zamanı avtomobildəki digər sərnişinlər xəsarət almayıb.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub