Türkiyə bir müddət əvvəl Manisanın Alaşehir mahalında 4 yaşlı Irmak Kupalın təcavüzə uğrayıb öldürülməsi ilə sarsılmışdı.
Mynews.az-ın məlumatına görə, Milli.Az "gazetevatan"a istinadla bildirir ki, daha bir dəhşətli cinayət törədilib. Belə ki, Irmakın vəhşicəsinə ölümündən 3 ay sonra atası Bilal Kupal xanımı Suriye Kupalı və 10 yaşlı qızı Ayşəni bıçaqlayaraq öldürüb.
Bilal arvadını və uşağını qısqanclıq zəminində öldürüb. Belə ki, o, arvadının telefonunda "salam, eşqim" yazılan mesajı görüb. O, arvadı ilə dalaşmağa başlayıb. Bu anda Suriye ərinə: "Uşaq başqasındandır", - deyib. Bunu eşidən ər dəliyə dönüb. O, ayyarımlıq hamilə arvadını, sonra da qızını öldürüb. Onların cəsədini yandırmaq istəyərək intihara cəhd edən Bilalın niyyəti baş tutmayıb. O tutulub. Ana ilə qız isə yan-yana dəfn ediliblər.
Qeyd edək ki, o, birinci qızını zorlayıb öldürən kişi ilə eyni həbsxanaya göndərilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub