5 bacıdan sonra doğulmuşdu Allahverdi. 24 yaşı var idi. Bu gün dəhşətli bir qəzanın qurbanı oldu.
Mynews.az pressclub.az-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Qazax rayonunda baş verib. Qazax şəhəri istiqamətində hərəkət edən "Opel" markalı maşında 3 nəfərdən biri də 1993 təvəllüdlü Abayev Allahverdi Yasin oğlu idi.
Sürətli hərəkətdə olan "Opel" markalı minik avtomobili "Volkswagen"lə toqquşub. Maşında, öndə oturan Qazaxbəyli kənd sakini Allahverdi hadisə zamanı həlak olan yeganə şəxs olub. Digərləri isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qəza nəticəsində yaralanan 5 nəfər bunlardır:
Qazaxbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Dünyamalıyev Cavad Zabit oğlu
Bağanısayrım kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Fərhad Nəsib oğlu
Qazaxbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov İsabala Yaşar oğlu
Daş Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynov Orxan Məmməd oğlu
Daş Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Məmməd Həmid oğlu
Həlak olan Allahverdi Abayevin fotosunu təqdim edirik.
Əldə etdiyimiz məlumata görə, valideynləri yeganə oğlan övladlarına nişan aparmağa hazırlaşırdılar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub