Bakıda doğranmış halda meyiti aşkar edilmiş şəxs dəfn olunub.
Mynews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilən hissələrə parçalanmış kişi meyitinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Meyit Hövsan qəsəbəsi ərazisindəki kimsəsizlər qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Meyitin başı, əlləri və ayaqları bir neçə gün sonra tapılıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub