Rusiyanın Perm şəhərində azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanılıb.
Mynews.az xəbər verir ki, bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev məlumat verib.
O, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunu vəhşicəsinə döyməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını bildirib.
Diaspor rəhbəri azərbaycanlı gəncin döyülməsi faktı ilə bağlı cinayət işi açıldığını da söyləyib. Ç. İsayev E. Hüseynovun artıq üçüncü gündür ki reanimasiyada huşsuz vəziyyətdə olduğunu açıqlayıb: "Etibar çoxlu qan itirib. Hazırda onun qana ehtiyacı var. Artıq üçüncü gündür, huşsuz vəziyyətdə yatır. Diaspor olaraq əlimizdən gələni edirik. Bakıda yaşayan qohumları ilə əlaqə saxlamağa çalışırıq. Artıq yaxın qohumu bizimlə əlaqəyə çıxıb".
Qeyd edək ki, noyabrın 19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi Hüseyn Mustafayev naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub