Balakən polisi rayon ərazisində məscidlərdən, evlərdən və mağazalardan silsilə oğurluq edən cinayətkar dəstəni zərərsizləşdirib.
ARB TV xəbər verir ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının RPŞ-yə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon sakinlərinə məxsus evlərdən, mağazalardan və rayonda fəaliyyət göstərən 6 məsciddən oğurluq edən şəxslərin rayon sakinləri Kamran Musa oğlu Muradov, Tural Lelimad oğlu Lelimadovun və Mehman Nizami oğlu Gəncəyevin olması məlum olub.
Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq istintaqa təhvil verilib.
İlkin araşdırma zamanı Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyevin bir araya gələrək qrup şəklində ayrı-ayrı vaxtlarda 12 fakt üzrə cinayət törətdikləri məlum olub. Onların rayon sakinlərinə 4350 manat maddi ziyan vurması müəyyən edilib.
Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq məddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub