Goranboy rayonunda ağır yol qəzası baş verib.
Mynews.az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, toy mərasimindən çıxan "OKA", "Zaporojets" və "VAZ" markalı avtomobillər Bəşirabad-Dəliməmmədli yolunda toqquşub. Nəticədə içərisində uşaqların da olduğu 13-dən çox adam yaralanıb. Onlardan biri, Kələk kənd sakini Şəbnəm Mehmanqızı və 2 uşağın vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Qəza nəticəsində sərnişinlərdən biri, 15-16 yaşlı oğlan şok vəziyyətinə düşüb. Hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında onun müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub