Abşeron rayonunda bir piyadanın ölümü, digərinin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az report-a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirəvan Xansuvar oğlu və bacısı Dünyamalıyeva Qiymət Xansuvar qızı yolu keçmək istəyən zaman baş verib.
Hadisəni "Mercedes" markalı avtomobil ilə hərəkətdə olan Dünyamalıyev Ceyhun törədib. Sürücü hər iki yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsa da, həkimlər N.Dünyamalıyevin həyatını xilas edə bilməyiblər. Digər yaralının da vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.
Hadisə bacı və qardaş örüşdən geri qayıtmayan iki iribuynuzlu heyvanı axtaran zaman qeydə alınıb. Hadisəni törədən sürücü də onların qohumu çıxıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub